Yaponiyada şiddətli leysan yağışlarına görə ölkənin 4 prefekturasında əhalinin təxliyəsi ilə bağlı qərar elan olunub.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı NHK telekanalı yayıb.
Mənbə yazır ki, qərar Yaponiyanın cənub-qərbindəki Fukuoka, Saqa, Naqasaki və Xirosima prefekturalarının yerli administrasiyaları tərəfindən verilib.
Ümumilikdə 1.7 milyon insanın təcili şəkildə evakuasiyası nəzərdə tutulub. Son iki sutkada bölgəyə 500-800 millimetr yağıntı yağıb.
Bizim.Media