Əlcəzairdə meşə yanğınlarında şübhəli bilinən şəxs yerli sakinlər tərəfindən yandırılıb.
Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Əlcəzair prokurorluğunun məlumat yayıb.
Məlumata görə, sakinlər polis məntəqəsinə hücum edərək, saxlanılan həmin şəxsi çölə çıxarıb. Sonra onu linç edərək yandırıblar.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Əlcəzairdə baş verən meşə yanğınlarında 69 insan həlak olmuşdu.
Bizim.Media