"Taliban” hərəkatı Əfqanıstanın şərqindəki Paktiya vilayətində koronavirusa qarşı vaksinlərin istifadəsini qadağan edib.
Bizim.Media “Shamshad” telekanalına istinadla xəbər verir ki, bu barədə əyalətin səhiyyə departamentinin rəhbəri Vilayət Xan Əhmədzay deyib.
O bildirib ki, "Taliban" ötən həftə Paktiyanı ələ keçirəndən sonra regional xəstəxanada peyvəndlənmə prosesi dayandırılıb.
Məlumata görə, hərəkat üzvləri yerli həkimlərə də müvafiq xəbərdarlıq göndərərək koronavirusa qarşı peyvəndin vurulmasının qadağan olunduğunu qeyd ediblər.
Bizim.Media