Afrikada koronavirusdan ölənlərin sayı 180 149 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) regional nümayəndəliyi məlumat yayıb.
Qitədə indiyədək 7 148 373 nəfər koronavirusa yoluxub.
Onlardan 6,2 milyon nəfəri sağalıb. Afrikada ən çox yoluxma və ölüm sayı CAR-ın payına düşür. İkinci yeri Tunis, üçüncü yeri Misir tutur.
Bizim.Media