Kabildən 50 km aralıda yerləşən Taliban yaraqlıları paytaxta gedən elektrik enerjisini kəsib.
Bizim.Media xəbər verir ki, bunu İtaliyanın Əfqanıstanda çalışan Pangea humanitar təşkilatının rəhbəri “RİA Novosti”yə açıqlamasında deyib.
"Çox narahatıq, çünki Taliban Kabildən 50 kilometr aralıdadır. Bu səhərə gələn işıq kabellərini kəsiblər, şəhər demək olar ki, təcrid olunub", deyə o, qeyd edib.
Təşkilatın Kabildəki işçiləri telefonlarını şarj edə bilmədiklərini, sonuncu dəfə yaxınları ilə səhər əlaqə saxladıqlarını söyləyib.
Bizim.Media
