İndoneziyanın miqrasiya polisi qaradərili şəxsin sənədlərini yoxlamağa qərar verib və o, imtina edəndə saxlamağa çalışıblar. Nəticədə dava düşüb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.
Mənbə yazır ki, həmin adam rəsmi maşına mindirilərək polis bölməsinə aparılıb.
Bir müddət sonra polislərin qanunsuz miqrantdan şübhələndiyi şəxsin nigeriyalı diplomat olduğu üzə çıxıb.
İnsidenti araşdırmaq üçün səfir polis idarəsinə gəlib. Miqrasiya İdarəsi xidməti araşdırmaya başlayıb.
Nigeriya səfirini məsləhətləşmələr üçün geri çağırıb. İndoneziya Xarici İşlər Nazirliyi hadisədən təəssüfləndiyini bildirir.
Bizim.Media