Britaniyanın Plimut şəhərində baş verən silahlı insident zamanı şübhəli də daxil olmaqla, azı 6 nəfər ölüb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Sky News” telekanalı yayıb.
“Hadisə zamanı iki qadın və iki kişi yerindəcə ölüb. Hücum edən şəxs də hadisə yerində dünyasını dəyişib. Hamısının güllə yaralarından öldüyü iddia edilir”, deyə məlumatda vurğulanıb.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, zərərçəkənlərdən birinə yerində tibbi yardım göstərilsə də, xəstəxanada dünyasını dəyişib.
Polis hadisənin səbəblərini hələlik açıqlamayıb, araşdırma aparılır.
Bizim.Media