Almaniyada vaksinasiyanın əleyhinə olan“Qırmızı Xaç”ın tibb bacısı peyvəndi fizioloji məhlulla əvəz etməkdə şübhəli bilinir.
Bizim.Media “Reuters”ə istinadla xəbər verir ki, tibb bacısının adı açıqlanmır. Müstəntiqlər onun sosial mediada peyvəndlərlə bağlı dəfələrlə tənqidi ifadələr yazdığını nəzərə çatdırıblar.
Bundan əvvəl Almaniyada 8,5 min adama koronavirusa qarşı peyvənd əvəzinə fizioloji məhlul vurulduğu məlum olmuşdu.
Bizim.Media