Nigerdə leysan yağışlar nəticəsində 50-dən çox insan ölüb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Nigerin mülki müdafiə xidmətinin rəisi Bako Boubakar məlumat verib.
Məlumata görə, 53 mindən çox insanın yaşadığı 6 mindən artıq yaşayış evi dağılıb.
Qeyd edək ki, ötən həftə yağan güclü yağışlar paytaxt Niamey şəhərinin məhəllələrinə ciddi ziyan vurub.
Bizim.Media