"Son 15 gün ərzində Türkiyədə 288 yanğın ocağı meydana gəlib və onlardan 285-i lokallaşdırılıb".
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin əkin və meşə təsərrüfatı naziri Bəkir Pakdəmirli özünün “Twitter” səhifəsində məlumat verib.
Nazirin sözlərinə görə, hazırda Muğla, Burdur və Antalyada 3 yanğının nəzarət altına alınması üçün müvafiq işlər aparılır.
Bizim.Media
