Avqustun 12-ə keçən gecə Panama bayrağı altında üzən yük gəmisi Yaponiyanın Aomori prefekturası sahillərində qəzaya uğrayaraq ikiyə bölünüb.
Bizim.Media Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, Yaponiya Sahil Mühafizəsi xidməti gəminin bütün heyət üzvlərini təxliyə edib.
Onların əsasən, Filippin və Çin vətəndaşları olduğu bildirilir.
Qəza nəticəsində dənizə yanacaq sızması baş verib. Dənizdəki axın 39 min ton su tutumu olan gəminin bir hissəsini sahildən uzaqlaşdırır. Nəticədə digər gəmilərin hərəkəti üçün böyük təhlükə yaranıb.
Qəza ilə bağlı məlumatların toplanması və təhlili üçün Yaponiyanın Baş nazirinin dəftərxanası yanında xüsusi qərargah yaradılıb.
Bizim.Media