“Meşə yanğınları başlayandan bu günə qədər bütün ehtimallar istiqamətində araşdırmalar davam edir, gəlinən nəticələri vətəndaşlarımıza bildirəcəyik”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “CNN Türk” və “Kanal D”-yə müsahibəsində deyib.
Prezident Ərdoğan araşdırmalar nəticəsində saxlanılanların, həbs edilənlərin olduğunu deyib.
Yanğınların ətraf ərazilərə yayılmaması və söndürülməsində Azərbaycandan verilən dost dəstəyini bir daha vurğulayan R.T.Ərdoğan Türkiyəyə bu istiqamətdə kömək göstərən bütün ölkələrə təşəkkür edib.
Bizim.Media