Azərbaycan bayrağı ilə üzən “Naftalan” tankeri Xəzər dənizinin Dağıstan ərazisində Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən tutulub. Musavat.com-un “Rossiyskaya qazeta”ya istinadən verdiyi məlumata görə, tankerdə qaçaqmal neft olub. Tanker Azərbaycanın Səngəçal limanına gedirmiş. Tankerin göyrəntəsində bir neçə min ton xam neft olub.
“Həmin neft “Lukoyl” neft şirkəti tərəfindən Xəzər lənizinin Həştərxan şelfində hasil olunub və Bakı-Novorossiysk magistiral neft kəməri ilə nəqli nəzərdə tutulub”, - Federal Təhlükəsizlik Xidmətdən biodirilib.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 226.1 (strateji resursların qaçaqmalçılığı) maddəsi ilə cinayət işi başlanıb.
Dağıstan televiziyasının məlumatına görə, tanker Azərbaycan Dövlət Neft Şirkətinə məxsusdur.