Fransada əhali hökumətin pandemiya ilə bağlı qəbul etdiyi yeni qaydaları kəskin etirazla qarşılayıb.
Bizim.Media Fransa mətbuatına istinadən xəbər verir ki, gün ərzində aksiyalarda iştirak edən nümayişçilərin sayı 237 min nəfərə çatıb.
Etirazlara səbəb olan əsas hadisə isə, cümə axşamı Fransa hökumətinin peyvəndlənməmiş və “PCR” tesi verməmiş vətəndaşların iaşə obyektlərindən istifadəsinə qadağa qoyulmasını ehtiva edən qanun layihəsini dəstəkləməsi olub.
Bizim.Media