"Johnson&Johnson" tərəfindən hazırlanan COVID-19 peyvəndi nevroloji xəstəliyə səbəb ola bilər.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Qida və Dərman İdarəsi (FDA) məlumat yayıb.
Məlumata görə, araşdırmalar nəticəsində vaksinin “Guillain-Barre" Sindromuna (GBS) tutulmaq riski daşıdığı məlum olub.
"Guillain-Barre" Sindromuna indiyədək 50 yaş və yuxarı yaşlı kişilərdə rast gəlindiyi və simptomların vaksinasiyadan təxminən 2 həftə sonra görüldüyü bildirilib.
Lakin peyvəndin hələ də təhlükəsiz və effektli olduğunu, potensial faydalarının risklərdən üstün olduğunu qeyd ediblər.
Qeyd edilib ki, "Guillain-Barre" Sindromu sinir sisteminə güclü təsir edir.
Bizim.Media