İraqın Ən-Nasiriyyə şəhərində koronavirusa yoluxanlar üçün nəzərdə tutulan xəstəxanada yanğın baş verib.
Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, yanğın nəticəsində 54 nəfər həlak olub, onlarla xəstə müxtəlif dərəcəli yanıq xəsarəti alıb.
Bəzi mənbələr yanğının qısa qapanma nəticəsində, bəziləri isə oksigen balonunun partlaması səbəbindən başladığını qeyd edirlər.
İraqın Səhiyyə Nazirliyi yanğının səbəblərini rəsmən açıqlamayıb.
Bizim.Media