2021-ci ilin iyun ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 164 daşınmaz əmlak alıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Statistika İdarəsinin yaydığı hesabatda bildirilir.
Hesabata əsasən ötən ay Türkiyədə ən çox əmlak alışı həyata keçirən ölkələr sırasında Azərbaycan yeddinci sıradadır.
2021-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan vətəndaşları Türkiyədən 1 186 daşınmaz əmlak alıb. 2020-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 30,6 faiz azdır.
Bizim.Media