Taylandda mütəxəssilər müxtəlif dərman birləşmələrinin sınağını həyata keçiriblər.
Bizim.Media xəbər verir ki, bu barədə "Thai PBS" telekanalı məlumat yayıb.
Məlumata görə, tədqiqatı Tayland Qırmızı Xaç Cəmiyyəti və Milli Genetik Mühəndisliyi və Biotexnologiya Mərkəzinin alimləri aparıb.
Məlum olub ki, "Sinovac" peyvəndinin ikiqat tətbiqinin ardınca "AstraZeneca" inyeksiyası edildikdə, bədən "delta" ştammına müqavimət göstərəcək qədər anticisim istehsal edir.
Bizim.Media