2020-ci ildə dünyada hər dəqiqə 11 nəfər aclıqdan, 7 nəfər isə koronavirusdan (COVID-19) ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə Londonda yerləşən “Oxfam” beynəlxalq yardım təşkilatının "Aclıq Virusu Yüksəlir" adlı hesabatında bildirilir.
Qeyd edilir ki, ötən il acından ölənlərin sayı əvvəlki illə müqayisədə təxminən 6 dəfə çox olub.
Buna səbəb kimi qlobal istiləşmə, ərzaq qiymətlərinin 40% artması göstərilir.
Bizim.Media