Xəbər verdiyimiz kimi, Tacikistan-Əfqanıstan sərhədindəki vəziyyət gərgin olaraq qalır.
Taliban hərəkatının silahlıları bu gün Tacikistan ilə Əfqanıstan arasındakı körpüdə bayraqlarını qaldırıblar.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi Tacikistanın Dağ-Badaxşan Muxtar Vilayətinin administrasiyasındakı mənbəyə istinadən yayıb.
Daha əvvəl bildirilib ki, Taliban Əfqanıstan hökumət qoşunlarının sərhəd məntəqəsini 5 iyulda ələ keçirib və bu gün bayraqlarını Pənc çayı üzərindəki körpüdə qaldırıblar.
Xatırladaq ki, Əfqan sərhədçiləri əvvəllər keçid məntəqələrini döyüşmədən irəliləyən Talibana vermişdilər. Əfqanıstan Silahlı Qüvvələrinin 312 hərbçisi həmin vaxt Tacikistan ərazisinə keçməyi bacarıb.
Bizim.Media