1930-cu illərin sonlarında İngiltərə Fransa ilə birlikdə SSRİ-yə zərbə endirməyə və Bakı neft yataqlarını dağıtmaq istəyib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya “RİA Novosti” agentliyində yer alıb.
Mənbə yazır ki, hər iki ölkə bunun üçün Orta Şərqdə minlərlə əsgər toplayıblar.
Rəsmi Paris isə rus mühacirləri arasından seçim edərək Sovet Zaqafqaziyasında təxribat törətməyi planlaşdırıb. Bu haqda fotofakt Moskvada açılan "Böyük Vətən müharibəsi ərəfəsində. 1 sentyabr 1939 - 22 iyun 1941" sərgisində ilk dəfə təqdim edilib.
Bizim.Media





