Haitinin Vaşinqtondakı səfiri Bokçit Edmond jurnalistlərə bildirib ki, öldürülən Haiti prezidenti Jovenel Moisin həyat yoldaşı Martin Mois müalicə üçün ABŞ-a göndərilir.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “mk.ru” saytı yayıb.
Mənbə yazır ki, bundan əvvəl mətbuatda qadının dövlət başçısının iqamətgahına hücum zamanı yaralandığı və aldığı yaralardan öldüyü barədə xəbərlər yayılmışdı.
Bu məlumat sonradan təkzib edilmişdi.
"Martin Mois üçün xüsusi bir təyyarə göndərildi. İnanırıq ki, Mayamidəki xəstəxanada ona yaxşı baxılacaq və ABŞ səlahiyyətliləri onun təhlükəsizliyini təmin edəcək", deyə səfir qeyd edib.
Bizim.Media