Əfqanıstan sərhədindən Tacikistana hücum olarsa bu hadisə təcili şəkildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müzakirə edəcək.
Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
Lavrov bildirib ki, Moskva və Düşənbə Kollektiv Təhlükəsizlik Müqaviləsinə görə müttəfiqdir:
“Rusiyanın Tacikistanda hərbi bazası var. Buna görə də öhdəliklərimizi yerinə yetirəcəyik”.
Qeyd edək ki, Tacikistan KTMT-dəki müttəfiqlərindən Əfqanıstanla sərhəddə yaranan problemlə bağlı kömək istəyib.
Bizim.Media