Kamçatkada An-26 təyyarəsinin qəzaya uğraması nəticəsində 28 nəfərin hamısı - 22 sərnişin və 6 ekipaj üzvü həlak olub.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı RT nəşri Sanitar Aviasiyaya istinadən yayıb.
Daha əvvəl Petropavlovsk-Kamçatsk - Palana reysini həyata keçirən An-26 sərnişin təyyarəsinin iyulun 6-da səhər saatlarında təyin olunmuş rabitə seansına çıxmadığı bildirilmişdi.
Palana qəsəbəsinədək olan 9 kilometrlik ərazidə eniş zamanı təyyarə ilə əlaqə kəsilib. Təyyarə, ehtimal ki, sahil qayasına çırpılıb, dağıntıların bir hissəsi dənizə düşüb. An-26 qəzasının mümkün səbəbi güclü külək hesab edilir.
Xüsusi komissiya yaradılıb, hazırda "qaynar xətt" işləyir. Bölgə rəhbərliyi təyyarədəki sərnişinlərin tam siyahısını açıqlayıb.
Təyyarələrin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işi başlanıb.
Bizim.Media