Xəbər verdiyimiz kimi, Rusiyada Petropavlovsk-Kamçatsk - Palana reysini həyata keçirən sərnişin təyyarəsi radardan itib və təyin olunmuş vaxtda əlaqə saxlamayıb.
Bizim.Media xəbər verir ki, ölkənin Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarənin göyərtəsində 28 nəfər - 22 sərnişin və altı heyət üzvü olub.
Bölgə hökumətinin mətbuat xidmətindən bildiriblər ki, göyərtədə altı ekipaj üzvü və 21 sərnişin olub, onlardan ikisi 12 yaşınadək uşaqlardır.
“Bütün əməliyyat gəmiləri hazır vəziyyətə gətirilərək axtarışa göndərilib. Marşrutun sahəsi iki helikopter və xüsusi təyyarə ilə araşdırılır. Xilasedicilər Palanadan aşkarlama nöqtəsinə keçməyə hazırdır”, deyə hökumətdən bildirilib.
Hal-hazırda Kamçatka Nəqliyyat Prokurorluğu yoxlamaya başlayıb, əməliyyat qərargahı yaradılıb.
Bizim.Media