Rusiyada “An-26” markalı sərnişin təyyarəsi Kamçatka səmasında radarlardan itib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi ölkənin Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsinə istinadən yayıb.
Mənbə bildirir ki, “Kamtask hava yollar”ı şirkətinə məxsus olan “An-26” təyyarəsinin göyərtəsində biri uşaq olmaqla 22 sərnişin və 6 ekipaj üzvü olub.
Təyyarə Petropavlovsk-Kamçatka reysi ilə hərəkət edirmiş. Şirkət təyyarənin qəzaya uğradığını təsdiqləməyiblər.
Bizim.Media