İsrailin Baş naziri Naftali Bennet Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı İsrail Nazirlər Kabinetinin mətbuat xidməti yayıb. Mənbə yazır ki, liderlər yaxın gələcəkdə görüşməyə razılıq veriblər.
Bununla yanaşı, Bennet regional sabitliyin qorunmasında Rusiyanın oynadığı rola görə Putinə təşəkkür edib.
Tərəflər, həmçinin COVID-19 koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərini, siyasi, ticari-iqtisadi və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.
Bizim.Media