Keçmiş SSRİ dövründə Moskvadan yayımlanan "Vremya" (Zaman) proqramının keçmiş aparıcısı Yuri Petrovun 75 yaşında öldüyünü həmkarı Alla Danko deyib.
Bizim.Media xəbər verir ki, bu barədə o, öz Facebook səhifəsində məlumat verib.
“1982-ci ildə Mərkəzi Televiziyanın diktorlar şöbəsinə gələn həmkarımız Yuri Petrovun bu gün öldüyünü öyrəndim. Yura ilə xəbər proqramlarında, konsertlərdə və festivallarda çalışdıq. O, son dərəcədə ağıllı, təmkinli və savadlı insan idi. Yura, çox hefslənirəm! Tez getdin! Ailənə başsağlığı diləyirəm!”, deyə Danko yazıb.
Diktorun ölümü ilə bağlı təfərrüatlar bildirilməyib.
Xatırladaq ki, Petrov 1947-ci ilin fevralında anadan olub, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda təhsil alıb. 1982-1995-ci illərdə Mərkəzi Televiziyanın diktoru olub və filmlərdə çəkilib.
Bizim.Media