Bəşəriyyət üçün fəlakət gəlir: Okeanın “ürək döyüntüsü” dayandı

Panama körfəzində 40 ildən artıqdır hər il baş verən həyati əhəmiyyətli okean yüksəlişi bu il ilk dəfə uğursuz olub. Alimlər bu halın ekosistemin çökməsinin ilk siqnalı olduğunu və nəticələrinin fəlakətli ola biləcəyini bildiriblər.

Bizim.Media “Hürriyət”ə istinadla xəbər verir ki, “Smithsonian” Tropik Tədqiqat İnstitutunun tədqiqatçıları vəziyyətin regionun dəniz həyatı və iqtisadiyyatı üçün ciddi təhlükə yaratdığını açıqlayıblar.

Adətən dekabr-aprel aylarında şimal küləklərinin təsiri ilə körfəzdə soyuq, qida maddələri ilə zəngin sular dərinlikdən səthə qalxır və bu proses bölgədəki dəniz ekosisteminin əsasını təşkil edir.

Lakin 2025-ci ildə bu yüksəliş cəmi 12 gün davam edib və ən aşağı dəniz səthi temperaturu 23,3 dərəcə olub. Bu isə, əvvəlki illərlə müqayisədə 82 faiz daha qısa soyuma müddətidir.

Bioloqlar xəbərdarlıq edir ki, Panamanın dəniz biokütləsinin 95 faizi bu yüksəlişdən asılıdır.

Əgər bu proses daimi dayanarsa, qida şəbəkəsi çökəcək, balıqçılıq kəskin azalacaq, mərcan rifləri isə termal stressdən zərər görəcək.

Alimlər bu dəyişiklikləri şimal küləklərinin 74 faiz zəifləməsi ilə əlaqələndirir. Normalda bu küləklər səth sularını itələyərək, soyuq suların yuxarı qalxmasını təmin edir. Bu il isə proses baş verməyib.

Mütəxəssislər bu dəyişikliyin bu ildən təsirli olan La Ninya ilə bağlı ola biləcəyini təklif edirlər. La Ninya Sakit okeanda dəniz səthinin temperaturunun orta səviyyədən aşağı düşdüyü, adətən okean sistemlərinin soyuduğu dövrdür. Ancaq bu dəfə ciddi bir soyuma baş verməyib. (publika.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məktəbdə belə davranan şagirdlər polisə verilə bilər - QAYDA

Məktəbdə belə davranan şagirdlər polisə verilə bilər - QAYDA

Dəbli yeməyin ağır fəsadları: Az bişmiş steyklər ölümə belə səbəb olur

Dəbli yeməyin ağır fəsadları: Az bişmiş steyklər ölümə belə səbəb olur

Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir? – VİDEO

Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir? – VİDEO

El Nino güclənir: Son illərin ən güclü hava hadisələrindən biri ola bilər

El Nino güclənir: Son illərin ən güclü hava hadisələrindən biri ola bilər

“Qayınanamın əlində olsa, ayaqlarını başıma qoyardı” - FOTO

“Qayınanamın əlində olsa, ayaqlarını başıma qoyardı” - FOTO

İsrail HƏMAS-a sərt XƏBƏRDARLIQ ETDİ

İsrail HƏMAS-a sərt XƏBƏRDARLIQ ETDİ

Emma Ələkbərzadənin oğlu ilə rəqsi – VİDEO

Emma Ələkbərzadənin oğlu ilə rəqsi – VİDEO

Bir şəhər və 29 kənddə işıqlar kəsiləcək

Bir şəhər və 29 kənddə işıqlar kəsiləcək

Güləşçilərimiz dünya çempionatını 9 medalla başa vurdu

Güləşçilərimiz dünya çempionatını 9 medalla başa vurdu

İranda Hörmüzlə bağlı bir qərar təsdiqləndi

İranda Hörmüzlə bağlı bir qərar təsdiqləndi

Xalq artisti Tofiq Bakıxanov VƏFAT ETDİ

Xalq artisti Tofiq Bakıxanov VƏFAT ETDİ

Prezidentlər “Azərbaycan” parkının təməlini qoydu - FOTO

Prezidentlər “Azərbaycan” parkının təməlini qoydu - FOTO

Şəmkirdə un daşıyan maşın yandı - FOTO

Şəmkirdə un daşıyan maşın yandı - FOTO

Mehriban Əliyevə Daşkəndin “Oxunguzar” incəsənət məkanında - FOTO

Mehriban Əliyevə Daşkəndin “Oxunguzar” incəsənət məkanında - FOTO

Avropa birinciliyində 3 qızıl medal qazandılar - FOTO

Avropa birinciliyində 3 qızıl medal qazandılar - FOTO

Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - FOTO

Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - FOTO

Prezidentlər Nizami Gəncəvi adına Universitetin açılışında - FOTO

Prezidentlər Nizami Gəncəvi adına Universitetin açılışında - FOTO

“Hamı qol olduğunu gördü, hakim görmədi” - Kurban Berdiyev

“Hamı qol olduğunu gördü, hakim görmədi” - Kurban Berdiyev

Azərbaycan Özbəkistan turizminə 5 milyard dollar yatıracaq

Azərbaycan Özbəkistan turizminə 5 milyard dollar yatıracaq

Ağdamda müəmmalı ölüm: 13 yaşlı qız evində ölü tapıldı

Ağdamda müəmmalı ölüm: 13 yaşlı qız evində ölü tapıldı

Naxçıvanda ağır qəza: 4 nəfər xəstəxanalıq oldu - FOTO

Naxçıvanda ağır qəza: 4 nəfər xəstəxanalıq oldu - FOTO

Tarixi qardaşlıqdan ƏBƏDİ DOSTLUĞA – Azərbaycan-Özbəkistan münasibətlərində YENİ MƏRHƏLƏ

Tarixi qardaşlıqdan ƏBƏDİ DOSTLUĞA – Azərbaycan-Özbəkistan münasibətlərində YENİ MƏRHƏLƏ

Bakıda yaşayış binası yanır - VİDEO

Bakıda yaşayış binası yanır - VİDEO

Qusarın mərkəzi küçələri yenilənir - FOTO

Qusarın mərkəzi küçələri yenilənir - FOTO

End of content

No more pages to load

RADİO