“Əmioğlu qardaşdan önə keçəndə...” – Qəzza məsələsində ərəb dövlətləri ön planda olmalıdır

Azərbaycan dünyəvi dövlət olaraq, teokratik rejimlərdən fərqlənsə də, islam həmrəyliyini dəstəkləyən ölkədir.

Dövlət müstəqilliyi qazandığımız ilk illərdə, haqlı Qarabağ davası apardığımız dönəmlərdə biz çox düzgün olaraq siyasi məsələlərə din amilini qarışdırmadıq, Ermənistanla aramızdakı münaqişəyə dini ixtilaf donu geydirmədik, bu konfliktin torpaq, ərazi iddiası olduğunu bəyan etdik, sona qədər də sözümüzün arxasında durduq.

Ancaq ermənilər lap ilk günlərdən qüdrətli xristian dövlətlərini öz tərəflərinə çəkmək üçün dini mənsubiyyətlərini qabartdılar. Bununla da onlar əslində qarşımızda xeyli üstünlük qazandılar.

Bu, gizlədilməsi mümkün olmayan bir faktdır: bir çox Avropa dövlətləri Ermənistan-Azərbaycan münaqişəsinə sırf dini prizmadan yanaşır, konflikt tərəflərindən birini “din qardaşı”, o birini isə “yad sivilizasiya” sayırdılar.

Qarabağ münaqişəsinin bu qədər uzanmasının, Ermənistanın torpaqlarımızı 30 il işğalda saxlaya bilməsinin əsas səbəblərindən biri də bu idi. Bizi sırf dini mənsubiyyətimiz üzündən haqlı olduğumuz münaqişədə uduzdurmaq istəyirdilər.

Belə məsələlərdə islam dünyasında həmrəylik olmadığından, demək olar ki, təklənmişdilk.

Ancaq illər ötdükdən sonra bir sıra müsəlman ölkələri fərqinə vardılar ki, bəzi qüdrətli xristian ölkələri müxtəlif yerlərdəki lokal münaqişələrə din birgəliyi prizmasından yanaşırlar, hansı tərəfin haqlı, hansının haqsız, kimin aqressiv, kimin “qurban” olduğuna məhəl qoymurlar.

Bu halda islam ölkələrində bir tərpəniş oldu və islam həmrəyliyi amili yavaş-yavaş qabarmağa başladı. Düzdür, bu faktor hələ də ürəkaçan səviyyədə deyil, ancaq bu müstəvidə parəkəndəliyin olduğu illərdən fərqlidir.

Azərbaycan tolerant ölkə olaraq, başqa dini konfessiyaları xor görmədən, onlara hər hansı bir qeyri-sağlam münasibət sərgiləmədən, islam həmrəyliyinin hər zaman aktual və haqlı mövqedə olmasına töhfə verir. Rəsmi Bakı islamçı ekstremist qruplar tərəfindən törədilmiş terror aktları mövzusunda hər zaman beynəlxalq hüquqdan yanadır və heç vaxt bu hadisələrə siyasi qiymət verərkən, laübalı açıqlamalar vermir, tərəflərin məsuliyyəti arasında bərabərlik işarəsi qoymur, terroru açıq şəkildə pisləyir.

İsrail-Qəzza münaqişəsində də dövlətimizin tutumu ortadadır. İsrail dövləti ilə Azərbaycanın münasibəti normal, hətta müttəfiqlik büsatı daxilində olsa da, rəsmi Bakı Netanyahu rejiminin Qəzzada yaşayan Fələstin xalqına görünməmiş aqressiyasını, zülmünü qınayır. Ölkəmizin rəhbərliyi İslam Əməkdaşlığı Təşkilatının Qəzza ilə əlaqədar sənədlərini dəstəkləyib, Qəzzaya hərbi müdaxilənin dayandırılmasını, humanitar fəlakətə səbəb olan blokadanın götürülməsini tələb edib.
 

Bundan başqa, rəsmi Bakı BMT Baş Assambleyasının 1967-ci il sərhədlərində Fələstin dövlətinin yaradılmasını dəstəkləyən “Nyu-York bəyannaməsi”ndə Fələstinin “lehinə” səs verib.
Artıq digər dünya dövlətləri də Fələstin dövlətinin yaradılmasını İsrail-Fələstin münaqişəsinin həlli üçün ən optimal variant sayırlar və ard-arda Fələstin muxtariyyatını dövlət kimi tanıyırlar.


Azərbaycanın bu məsələdə indiyədək ön planda olmamasının səbəblərindən biri öz daxilində aqressiv separatizm ocağının olmasıydısa, ikincisi, Fələstin rəhbərlərinin vaxtilə ermənilərlə əlaqələri idi. Deyəsən, İsraildən ayrılmaq istəyən fələstinlilər Azərbaycandan torpaq qoparmaq istəyən ermənilərlə özlərini təbii müttəfiq sayırdılar və məhz buna görə yaxınlaşmışdılar.

Fələstin muxtariyyatının rəhbəri Mahmud Abbasın tez-tez öz erməni sevgisini izhar etməsi, onlarla nümayişkaranə surətdə şəkil çəkdirməsi, ermənilərin xeyrinə poçt markasının buraxılması, Azərbaycana qərəzli münasibəti istər-istəməz Fələstinə dəstək məsələsində siyasətçilərimizin və ictimai fəalların qolunu soyudurdu. Çünki siyasətdə “səni sevəcəyəm, sən sevməsən” də söhbəti yoxdur, bu, romantik-sentimental məsələlərdə olur. Siyasətinki qarşılıqlı faydalılıq zəminində bir araya gəlmək, ortaq mövqedə durmaqdır.

Buna baxmayaraq, Qətərin paytaxtı Dohada keçirilən ərəb və islam ölkələrinin fövqəladə sammitində Azərbaycan Fələstin xalqına dəstəyini ifadə edib.

Fəqət, bu da bir gerçəkdir ki, Qəzza ərəb məsələsidir. Bu məsələdə “əmioğlunun gəlib qardaşdan önə keçməsi” düzgün çıxmaz. Necə ki İranın məlum məsələdəki canfəşanlığı hətta ərəb dünyasında belə xoş qarşılanmır. Fələstin xalqının, Qəzza camaatının məruz qaldığı aqressiyanı ilk növbədə Səudiyyə Ərəbistanı, Misir, İordaniya, Qətər, BƏƏ kimi ölkələr durdurmalı, məsələnin həllində önəmli rol oynamalıdırlar.

Bu məsələdə qeyri-ərəb dövlətlərinin fəallıq göstərməsinin mənası yoxdur. Birincisi, onların çoxu Yaxın Şərqdən uzaqdadır, ikincisi, hərəsinin öz dövlət marağı, bundan da ötəsi öz dərd-səri, daxili problemi var.

Dünyanın aparıcı dövlətlərinin irəli duraraq Qəzza məsələsini həll etməyə çalışdığı bir dövrdə daxili sabitliyi normal olan ərəb dövlətlərinin kənarda qalması düzgün deyil. Hamı qolunu çırmalamalıdır, hamı bu məsələdə həmrəy olmalıdır. Biz də onların içində. (Mənbə: Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Başqalarının uğurlarına sevinə bilməyən BÜRCLƏR

Başqalarının uğurlarına sevinə bilməyən BÜRCLƏR

Məktəbdə belə davranan şagirdlər polisə verilə bilər - QAYDA

Məktəbdə belə davranan şagirdlər polisə verilə bilər - QAYDA

Dəbli yeməyin ağır fəsadları: Az bişmiş steyklər ölümə belə səbəb olur

Dəbli yeməyin ağır fəsadları: Az bişmiş steyklər ölümə belə səbəb olur

Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir? – VİDEO

Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir? – VİDEO

El Nino güclənir: Son illərin ən güclü hava hadisələrindən biri ola bilər

El Nino güclənir: Son illərin ən güclü hava hadisələrindən biri ola bilər

“Qayınanamın əlində olsa, ayaqlarını başıma qoyardı” - FOTO

“Qayınanamın əlində olsa, ayaqlarını başıma qoyardı” - FOTO

İsrail HƏMAS-a sərt XƏBƏRDARLIQ ETDİ

İsrail HƏMAS-a sərt XƏBƏRDARLIQ ETDİ

Emma Ələkbərzadənin oğlu ilə rəqsi – VİDEO

Emma Ələkbərzadənin oğlu ilə rəqsi – VİDEO

Bir şəhər və 29 kənddə işıqlar kəsiləcək

Bir şəhər və 29 kənddə işıqlar kəsiləcək

Güləşçilərimiz dünya çempionatını 9 medalla başa vurdu

Güləşçilərimiz dünya çempionatını 9 medalla başa vurdu

İranda Hörmüzlə bağlı bir qərar təsdiqləndi

İranda Hörmüzlə bağlı bir qərar təsdiqləndi

Xalq artisti Tofiq Bakıxanov VƏFAT ETDİ

Xalq artisti Tofiq Bakıxanov VƏFAT ETDİ

Prezidentlər “Azərbaycan” parkının təməlini qoydu - FOTO

Prezidentlər “Azərbaycan” parkının təməlini qoydu - FOTO

Şəmkirdə un daşıyan maşın yandı - FOTO

Şəmkirdə un daşıyan maşın yandı - FOTO

Mehriban Əliyevə Daşkəndin “Oxunguzar” incəsənət məkanında - FOTO

Mehriban Əliyevə Daşkəndin “Oxunguzar” incəsənət məkanında - FOTO

Avropa birinciliyində 3 qızıl medal qazandılar - FOTO

Avropa birinciliyində 3 qızıl medal qazandılar - FOTO

Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - FOTO

Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - FOTO

Prezidentlər Nizami Gəncəvi adına Universitetin açılışında - FOTO

Prezidentlər Nizami Gəncəvi adına Universitetin açılışında - FOTO

“Hamı qol olduğunu gördü, hakim görmədi” - Kurban Berdiyev

“Hamı qol olduğunu gördü, hakim görmədi” - Kurban Berdiyev

Azərbaycan Özbəkistan turizminə 5 milyard dollar yatıracaq

Azərbaycan Özbəkistan turizminə 5 milyard dollar yatıracaq

Ağdamda müəmmalı ölüm: 13 yaşlı qız evində ölü tapıldı

Ağdamda müəmmalı ölüm: 13 yaşlı qız evində ölü tapıldı

Naxçıvanda ağır qəza: 4 nəfər xəstəxanalıq oldu - FOTO

Naxçıvanda ağır qəza: 4 nəfər xəstəxanalıq oldu - FOTO

Tarixi qardaşlıqdan ƏBƏDİ DOSTLUĞA – Azərbaycan-Özbəkistan münasibətlərində YENİ MƏRHƏLƏ

Tarixi qardaşlıqdan ƏBƏDİ DOSTLUĞA – Azərbaycan-Özbəkistan münasibətlərində YENİ MƏRHƏLƏ

Bakıda yaşayış binası yanır - VİDEO

Bakıda yaşayış binası yanır - VİDEO

End of content

No more pages to load

RADİO