Həbsxana həyatı yaşamış dövlət başçıları – ARAŞDIRMA

Xəbər verildiyi kimi, Braziliyanın Federal Ali Məhkəməsi ölkənin keçmiş prezidenti (2019-2023) Jair Bolsonaronu 27 il və 3 ay müddətinə azadlıqdan məhrum edib.

O, dövlət çevrilişinə cəhddə, cinayətkar təşkilatın yaradılmasında, həmçinin qanunun aliliyinin zorakılıq yolu ilə pozulmasında təqsirli hesab olunur. 

Bolsonaro dünya tarixində həbs edilmiş ilk prezident deyil. İndiyədək bir çox ölkədə prezidentlərin həbsi təcrübəsi yaşanıb.

Bizim.Media son 25 ildə yolu həbsdən keçən prezidentlərin siyahısını təqdim edir.

Slobadan Miloşeviç


2001-ci il aprelin 1-də Serbiya prezidenti Slobodan Miloşeviç vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya ittihamı ilə öz iqamətgahında həbs edilib və iyunun 28-də Zoran Cinciçin təşəbbüsü ilə Haaqa tribunalına verilib.

O, bəşəriyyətə qarşı cinayətlərdə - qətllər, siyasi, irqi və dini motivli təqiblər, deportasiya və müharibə qaydalarının pozulması ilə ittiham edilib. 2016-cı il martın 11-də həbsxanada ürək tutmasından ölüb.

Səddam Hüseyn


İraqın sabiq prezidenti Səddam Hüseyn 2003-cü ildə ABŞ və Böyük Britaniyanın rəhbərliyi altındakı çoxmillətli koalisiya qoşunlarının İraqı işğal etməsi nəticəsində hakimiyyətdən devrilib. S. Hüseyn həmin ilin dekabrın 13-də Tikritdə həbs olunub.

O, İraq məhkəməsinin 2006-cı il noyabrın 5-də çıxardığı qərarla ölüm hökmünə məhkum edilib. S.Hüseyn 2006-cı il dekabrın 30-da İraq Ali Məhkəməsinin qərarına əsasən asılaraq edam olunub.

Hüsnü Mübarək


2 iyun 2011-ci ildə xalq üsyanında dinc nümayişçilərin öldürülməsinə əmr verməkdə ittiham olunan Misirin sabiq prezidenti Hüsnü Mübarək ömürlük həbs cəzasına məhkum edilib. O, oğulları Ala və Camal, sabiq daxili işlər naziri Həbib Əl Adli və 6 polis rəisi ilə birlikdə mühakimə olunub.

Ona qarşı irəli sürülən ən ağır ittiham isə 800-ə qədər nümayişçinin öldürüldüyü etiraz aksiyasına təhlükəsizlik qüvvələrini cəlb etməsi olub.

Otto Peres

4 sentyabr 2015-ci ildə Qvatemalanın sabiq prezidenti Otto Peresin istefası qəbul edildikdən sonra, o, ilk məhkəməsinə çıxıb. Prosesdə Qvatemala məhkəməsi onun həbsinə qərar verib. Baş Prokurorluq Peres Molinanı korrupsiya və fırıldaqçılıqda ittiham edib.

Pak Kın He


30 mart 2017-ci ildə Cənubi Koreya məhkəməsi sabiq prezident Pak Kın He barəsində həbs qərarı çıxarıb. İttihamlar əsasən rüşvət və hakimiyyətdən sui-istifadə etməklə bağlı olub.

Olyanta Umala


14 iyul 2017-ci ildə Perunun sabiq prezidenti Olyanta Umala və xanımı Nadin Erediya həbs olunub. Sabiq prezident hakimiyyətdə olarkən Venesuela hakimiyyətindən, "Odebrecht" tikinti şirkətindən və "OAS" firmasından pul almaqda ittiham olunub. O, bu pulları 2006 və 2011-ci illərdə Peru Milli Partiyasının seçkiqabağı kampaniyasının təşkilində istifadə edib.

Robert Köçəryan

8 dekabr 2018-ci ildə Ermənistanın Apellyasiya Məhkəməsinin qərarı ilə ölkənin keçmiş prezidenti Robert Köçəryan həbs olunub. O, 2008-ci ilin 1 mart hadisələrinə görə ittiham olunub.

Nikola Sarkozi


1 mart 2021-ci ildə Fransanın sabiq prezidenti Nikola Sarkozi haqqında həbs qərarı verilib. Korrupsiya və vəzifəsindən sui-istfadədə ittiham edilən sabiq dövlət başçısı 3 il həbs cəzasına məhkum olunub.

Mixail Saakaşvili


2021-ci ildə Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini sərhədi qanunsuz keçməkdə ittiham edərək 4,5 il müddətinə azadlıqdan məhrum edib. Bu hökm keçmiş dövlət başçısı üçün artıq dördüncü olub. Üçüncü hökm həmin ilin  12 martında elan edilmişdi - Saakaşvili büdcə vəsaitlərinin böyük miqdarda mənimsənilməsi işi üzrə doqquz il həbs cəzası almışdı.

Fernando Kolor de Melo


2023-cü ilin iyulunda Braziliyanın keçmiş prezidenti və keçmiş senator Fernando Kolor de Melo korrupsiya və çirkli pulların yuyulmasında təqsirli bilinib.

Kolor de Melu Braziliya Federal Ali Məhkəməsi tərəfindən 8 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmədə sübuta yetirilib ki, eks-prezident ölkənin ən böyük neft şirkəti Petrobras-ın müəssisələrindən birinin korrupsiya sxemində fəal iştirak edib. Keçmiş prezidentin aldığı rüşvətin ümumi məbləği 4 milyon dollara yaxın olub.

Yun Sok Yol


10 yanvar  2025-ci ildə  Cənubi Koreyanın sabiq prezidenti Yun Sok Yol həbs edilib. O, ötən ilin dekabrında hərbi vəziyyət elan etməsindən sonra üsyanla bağlı irəli sürülən ittihamlarla həbs edilib.

Almazbek Atambayev


3 iyun 2025-ci ildə Bişkekin Pervomayski rayon məhkəməsi Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevi bir sıra cinayətlərdə təqsirli bilib və onu qiyabi olaraq 11 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Başqalarının uğurlarına sevinə bilməyən BÜRCLƏR

Başqalarının uğurlarına sevinə bilməyən BÜRCLƏR

Məktəbdə belə davranan şagirdlər polisə verilə bilər - QAYDA

Məktəbdə belə davranan şagirdlər polisə verilə bilər - QAYDA

Dəbli yeməyin ağır fəsadları: Az bişmiş steyklər ölümə belə səbəb olur

Dəbli yeməyin ağır fəsadları: Az bişmiş steyklər ölümə belə səbəb olur

Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir? – VİDEO

Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir? – VİDEO

El Nino güclənir: Son illərin ən güclü hava hadisələrindən biri ola bilər

El Nino güclənir: Son illərin ən güclü hava hadisələrindən biri ola bilər

“Qayınanamın əlində olsa, ayaqlarını başıma qoyardı” - FOTO

“Qayınanamın əlində olsa, ayaqlarını başıma qoyardı” - FOTO

İsrail HƏMAS-a sərt XƏBƏRDARLIQ ETDİ

İsrail HƏMAS-a sərt XƏBƏRDARLIQ ETDİ

Emma Ələkbərzadənin oğlu ilə rəqsi – VİDEO

Emma Ələkbərzadənin oğlu ilə rəqsi – VİDEO

Bir şəhər və 29 kənddə işıqlar kəsiləcək

Bir şəhər və 29 kənddə işıqlar kəsiləcək

Güləşçilərimiz dünya çempionatını 9 medalla başa vurdu

Güləşçilərimiz dünya çempionatını 9 medalla başa vurdu

İranda Hörmüzlə bağlı bir qərar təsdiqləndi

İranda Hörmüzlə bağlı bir qərar təsdiqləndi

Xalq artisti Tofiq Bakıxanov VƏFAT ETDİ

Xalq artisti Tofiq Bakıxanov VƏFAT ETDİ

Prezidentlər “Azərbaycan” parkının təməlini qoydu - FOTO

Prezidentlər “Azərbaycan” parkının təməlini qoydu - FOTO

Şəmkirdə un daşıyan maşın yandı - FOTO

Şəmkirdə un daşıyan maşın yandı - FOTO

Mehriban Əliyevə Daşkəndin “Oxunguzar” incəsənət məkanında - FOTO

Mehriban Əliyevə Daşkəndin “Oxunguzar” incəsənət məkanında - FOTO

Avropa birinciliyində 3 qızıl medal qazandılar - FOTO

Avropa birinciliyində 3 qızıl medal qazandılar - FOTO

Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - FOTO

Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - FOTO

Prezidentlər Nizami Gəncəvi adına Universitetin açılışında - FOTO

Prezidentlər Nizami Gəncəvi adına Universitetin açılışında - FOTO

“Hamı qol olduğunu gördü, hakim görmədi” - Kurban Berdiyev

“Hamı qol olduğunu gördü, hakim görmədi” - Kurban Berdiyev

Azərbaycan Özbəkistan turizminə 5 milyard dollar yatıracaq

Azərbaycan Özbəkistan turizminə 5 milyard dollar yatıracaq

Ağdamda müəmmalı ölüm: 13 yaşlı qız evində ölü tapıldı

Ağdamda müəmmalı ölüm: 13 yaşlı qız evində ölü tapıldı

Naxçıvanda ağır qəza: 4 nəfər xəstəxanalıq oldu - FOTO

Naxçıvanda ağır qəza: 4 nəfər xəstəxanalıq oldu - FOTO

Tarixi qardaşlıqdan ƏBƏDİ DOSTLUĞA – Azərbaycan-Özbəkistan münasibətlərində YENİ MƏRHƏLƏ

Tarixi qardaşlıqdan ƏBƏDİ DOSTLUĞA – Azərbaycan-Özbəkistan münasibətlərində YENİ MƏRHƏLƏ

Bakıda yaşayış binası yanır - VİDEO

Bakıda yaşayış binası yanır - VİDEO

End of content

No more pages to load

RADİO