REKORD: 41 yaşlı amerikalı 776 gün COVID-19 xəstəliyi keçirib

Amerikalı həkimlər, ehtimal ki, COVID-19-un ən uzun davam edən halını qeydə alıblar: infeksiya xəstənin orqanizmində ölümünə qədər 776 gün saxlanıb. Kliniki hal “The Lancet: Microbe” elmi jurnalında təsvir olunub.

Bizim.Media xəbər verir ki, hadisə 41 yaşlı, HIV-lə yaşayan, ancaq antiretrovirus terapiyası almayan bir kişinin başına gəlib.

Belə ki, immunitet sisteminin zəifləməsi nəticəsində virus uzun müddət onun orqanizmdə qalıb və davamlı adaptasiya olunub.

İlk simptomlar — öskürək, baş ağrısı və yorğunluq — 2020-ci ilin may ayında başlayıb, lakin COVID-19 diaqnozu yalnız həmin ilin sentyabrında, xəstəxanaya yerləşdirildikdən sonra təsdiqlənib.

Xəstənin orqanizmində virus bir neçə ay ərzində çoxsaylı mutasiyalara məruz qalıb, bunlara sonradan “Omikron”da tapılan dəyişikliklər əlavə edilib. Bununla belə, xəstənin orqanizmində yaranan unikal ştam qarışığı onun bədənindən kənara yayılmayıb.

Xəstənin ölümünə qədər PCR testləri müsbət qalıb: ölümündən iki gün əvvəl belə, koronavirus hələ də nümunələrdə aşkar olunub. Lakin həkimlərin məlumatına görə, ölümün səbəbi birbaşa COVID-19 ilə bağlı olmayıb.

Əvvəllər zəif immuniteti olan xəstələrdə infeksiyanın ekstremal uzunmüddətli halları da qeydə alınıb. Məsələn, 2024-cü ildə Niderlandda 613 gün davam edən, 2022-ci ildə isə Böyük Britaniyada 505 gün davam edən hallar qeyd olunub.

Ekspertlər vurğulayırlar ki, belə nadir infeksiyalar potensial təhlükə yarada bilər, çünki yeni, güclü mutasiyaya uğramış ştamların ortaya çıxmasına səbəb ola bilər. Bu səbəbdən pandemiya başa çatmasına baxmayaraq, alimlər koronavirusun qlobal monitorinqinə davam etməyi tövsiyə edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Başqalarının uğurlarına sevinə bilməyən BÜRCLƏR

Başqalarının uğurlarına sevinə bilməyən BÜRCLƏR

Məktəbdə belə davranan şagirdlər polisə verilə bilər - QAYDA

Məktəbdə belə davranan şagirdlər polisə verilə bilər - QAYDA

Dəbli yeməyin ağır fəsadları: Az bişmiş steyklər ölümə belə səbəb olur

Dəbli yeməyin ağır fəsadları: Az bişmiş steyklər ölümə belə səbəb olur

Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir? – VİDEO

Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir? – VİDEO

El Nino güclənir: Son illərin ən güclü hava hadisələrindən biri ola bilər

El Nino güclənir: Son illərin ən güclü hava hadisələrindən biri ola bilər

“Qayınanamın əlində olsa, ayaqlarını başıma qoyardı” - FOTO

“Qayınanamın əlində olsa, ayaqlarını başıma qoyardı” - FOTO

İsrail HƏMAS-a sərt XƏBƏRDARLIQ ETDİ

İsrail HƏMAS-a sərt XƏBƏRDARLIQ ETDİ

Emma Ələkbərzadənin oğlu ilə rəqsi – VİDEO

Emma Ələkbərzadənin oğlu ilə rəqsi – VİDEO

Bir şəhər və 29 kənddə işıqlar kəsiləcək

Bir şəhər və 29 kənddə işıqlar kəsiləcək

Güləşçilərimiz dünya çempionatını 9 medalla başa vurdu

Güləşçilərimiz dünya çempionatını 9 medalla başa vurdu

İranda Hörmüzlə bağlı bir qərar təsdiqləndi

İranda Hörmüzlə bağlı bir qərar təsdiqləndi

Xalq artisti Tofiq Bakıxanov VƏFAT ETDİ

Xalq artisti Tofiq Bakıxanov VƏFAT ETDİ

Prezidentlər “Azərbaycan” parkının təməlini qoydu - FOTO

Prezidentlər “Azərbaycan” parkının təməlini qoydu - FOTO

Şəmkirdə un daşıyan maşın yandı - FOTO

Şəmkirdə un daşıyan maşın yandı - FOTO

Mehriban Əliyevə Daşkəndin “Oxunguzar” incəsənət məkanında - FOTO

Mehriban Əliyevə Daşkəndin “Oxunguzar” incəsənət məkanında - FOTO

Avropa birinciliyində 3 qızıl medal qazandılar - FOTO

Avropa birinciliyində 3 qızıl medal qazandılar - FOTO

Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - FOTO

Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - FOTO

Prezidentlər Nizami Gəncəvi adına Universitetin açılışında - FOTO

Prezidentlər Nizami Gəncəvi adına Universitetin açılışında - FOTO

“Hamı qol olduğunu gördü, hakim görmədi” - Kurban Berdiyev

“Hamı qol olduğunu gördü, hakim görmədi” - Kurban Berdiyev

Azərbaycan Özbəkistan turizminə 5 milyard dollar yatıracaq

Azərbaycan Özbəkistan turizminə 5 milyard dollar yatıracaq

Ağdamda müəmmalı ölüm: 13 yaşlı qız evində ölü tapıldı

Ağdamda müəmmalı ölüm: 13 yaşlı qız evində ölü tapıldı

Naxçıvanda ağır qəza: 4 nəfər xəstəxanalıq oldu - FOTO

Naxçıvanda ağır qəza: 4 nəfər xəstəxanalıq oldu - FOTO

Tarixi qardaşlıqdan ƏBƏDİ DOSTLUĞA – Azərbaycan-Özbəkistan münasibətlərində YENİ MƏRHƏLƏ

Tarixi qardaşlıqdan ƏBƏDİ DOSTLUĞA – Azərbaycan-Özbəkistan münasibətlərində YENİ MƏRHƏLƏ

Bakıda yaşayış binası yanır - VİDEO

Bakıda yaşayış binası yanır - VİDEO

End of content

No more pages to load

RADİO