Rusiyada yaşayan azərbaycanlı milyarder Araz Ağalarovun rəhbərlik etdiyi “Crocus Group” şirkəti Kamçatkada misilsiz hava limanının tikintisinə başlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı rus mətbuatı yayıb.
Mənbə bildirir ki, zahiri olaraq yeni terminal vulkanın kalderasına (böyük qazan) bənzəyir. Hava limanının tutumu ildə bir milyon yarım sərnişinə bərabər olacaq və nəticədə Kamçatkanı ziyarət edənlərin sayı 800 min nəfər artacaq.
Yelizovo hava limanının inşasına Böyük Britaniyanın "Bölgələrin Hava limanları" şirkəti investisiya qoyub.
İnşaat sahəsindəki sıfır dövr işləri artıq başlayıb. Ümumilikdə layihəyə 800-dən çox insan cəlb olunacaq. Sərnişin terminalında 8 körpü quraşdırmaq planlaşdırılır. Hava limanı ərazisində 120 otaqlı otel də inşa ediləcək.
Araz Ağalarov deyib ki, Kamçatka çətin iqlim və seysmik şəraitində yerləşdiyindən tikinti heç də asan olmayacaq.
Obyektin tikintisinə on milyard rubldan çox sərmayə qoyulacaq. Əsas investor Rusiyanın VEB dövlət şirkətidir.
Bizim.Media
