Süni intellektə sahib olan ilk beyin necə işləyir?

Stenford Universitetinin elmi əməkdaşları, neyron siqnalları - yəni insan düşüncələrini - dekodlaşdırmağa imkan verən qabaqcıl beyin implantı hazırlayıblar.

Bizim.Media Lent.az-a istinadən xəbər verir ki, bu, yaxın gələcəkdə nitq pozuntusu olan insanların problemlərini aradan qaldıra bilər. 

Təcrübə iştirakçılarının razılığı ilə beyinlərinin müəyyən hissələrinə xüsusi elektron matrislər yerləşdirilib.

Bu matrislər beynin fəaliyyətini real vaxt rejimində qeydə alıb. Daha sonra əldə olunan məlumatlar əvvəlcədən təlim keçmiş xüsusi süni intellekt modellərinə ötürülüb. Bu modellər neyron siqnalları ilə işləməyi bacarır və onları uğurla dekodlaşdırırdı. Proses həmin strukturların şifrəsini açmaq və onları bizə tanış nitq vahidlərinə çevirməkdən ibarət olub, sonda isə bu vahidlər cümlələrə çevrilib.
 

Universitetin mütəxəssisləri həmçinin bu nailiyyətdə süni intellektin rolunu və niyə məhz onun vacib olduğunu izah ediblər. İzahatlara görə, xüsusi təlim keçmiş neyron şəbəkə modeli məhz beyin siqnallarını düzgün şəkildə “hərflərə”, sonra “sözlərə” və nəhayət, “cümlələrə” çevirərək şifrənin açılması dəqiqliyini artırmağı bacarıb.


Əlbəttə, alimlərin uğuru tamamilə təsadüfi deyil: çünki Stenford mütəxəssisləri 2017-ci ildən etibarən normal işləyən neyrointerfeys modelinin yaradılması üzərində çalışıblar. 8 il əvvəl insan beyninə qoşulmuş implantlardan istifadə ilə ilk təcrübə aparılıb. Məhz bu cür tədqiqatlar sayəsində iflic olmuş bir kişi ekranda bir sıra sözləri “çıxara” bilib. Bunun üçün onun motor korteksinə hər birində 100 ayrı elektrod olan 2 implant yerləşdirilib.

Birlikdə bu iki modul eyni anda 200 neyronun işlənməsini təmin edib. Təcrübənin müsbət nəticə verməsi üçün kişidən, sanki hər bir hərfi əlilə hansısa səthin üzərinə yazırmış kimi, beynində hərəkəti təsəvvür etməsi tələb olunub.

Nəticədə nəzərdə tutulan bütün proses uğurla həyata keçirilib və alimlər ekranda həmin şəxsin düşündüyü mətni görüblər.

İlk nəticə əldə edildikdən sonra alimlər işi daha da irəlilədərək ötən il beyin implantının təkmilləşdirilmiş versiyasını hazırladılar. Bu versiya düşüncələri oxuna bilən sözlərə çevirməyə və dekodlaşdırma dəqiqliyini 90%-ə çatdırmağa imkan verdi. Nəticədə ötürülən sözlərin sayı dəqiqədə 62 dil vahidinə qədər yüksəldi ki, bu da adi insan danışıq sürətinə bərabərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaşları artdıqca daha da cazibədar olan 3 BÜRC

Yaşları artdıqca daha da cazibədar olan 3 BÜRC

Ağ Evdən xəbərdarlıq: İranla işləyənlər dollar sistemindən qovulacaq

Ağ Evdən xəbərdarlıq: İranla işləyənlər dollar sistemindən qovulacaq

İsmayıllıda qəza: Sürücü hadisə yerində həyatını itirdi

İsmayıllıda qəza: Sürücü hadisə yerində həyatını itirdi

Ağdamda minalanmış ərazi YANIR - FOTO

Ağdamda minalanmış ərazi YANIR - FOTO

Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rənglərinə büründü - FOTO

Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rənglərinə büründü - FOTO

Xalq artisti Tofiq Bakıxanovun harada dəfn olunacağı açıqlandı

Xalq artisti Tofiq Bakıxanovun harada dəfn olunacağı açıqlandı

Lənkəranda qeyri-adi ördək: Sahibinin yanından ayrılmır - VİDEO

Lənkəranda qeyri-adi ördək: Sahibinin yanından ayrılmır - VİDEO

ABŞ Suriyanı terroru maliyyələşdirən ölkələr siyahısından ÇIXARDI

ABŞ Suriyanı terroru maliyyələşdirən ölkələr siyahısından ÇIXARDI

Prezident İlham Əliyevin Özbəkistana səfərindən VİDEOÇARX

Prezident İlham Əliyevin Özbəkistana səfərindən VİDEOÇARX

Bakıda maşında qadın DÖYÜLDÜ

Bakıda maşında qadın DÖYÜLDÜ

Əmir Hatəmi: "İran 20 nəsil döyüşə bilər"

Əmir Hatəmi: "İran 20 nəsil döyüşə bilər"

Bərdədə "Mercedes"lə "Lada" toqquşdu: Xəsarət alanlar var

Bərdədə "Mercedes"lə "Lada" toqquşdu: Xəsarət alanlar var

Göyçayda kişini ilan sancdı

Göyçayda kişini ilan sancdı

42 yaşlı general görün kimin oğlu imiş - FOTO

42 yaşlı general görün kimin oğlu imiş - FOTO

Voleybolçu qızlarımız Rumıniya komandasını məğlub etdi

Voleybolçu qızlarımız Rumıniya komandasını məğlub etdi

Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu - FOTO

Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu - FOTO

Ermənistan 120 hərbçisini itirib

Ermənistan 120 hərbçisini itirib

Kəlbəcərin ilk və yeganə məzunu tələbə adını QAZANDI - FOTO

Kəlbəcərin ilk və yeganə məzunu tələbə adını QAZANDI - FOTO

Bakıda keçiriləcək dünya çempionatının hakimləri bəlli oldu - FOTO

Bakıda keçiriləcək dünya çempionatının hakimləri bəlli oldu - FOTO

Leyla Əliyeva Buxara Biennalesində - FOTO/VİDEO

Leyla Əliyeva Buxara Biennalesində - FOTO/VİDEO

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tokayev Ermənistana səfər edəcək

Tokayev Ermənistana səfər edəcək

Prezident ailəsinin İsmayıl Samani türbəsindən FOTOLARI

Prezident ailəsinin İsmayıl Samani türbəsindən FOTOLARI

Nərgiz Cəlilova efirə qayıdır

Nərgiz Cəlilova efirə qayıdır

End of content

No more pages to load

RADİO