Rusiyada həkimlər 101 yaşlı koronavirus xəstəsini sağaltmağı bacarıblar.
Bizim.Media xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Qeyd edilir ki, Ulan-Ude həkimləri iki həftə əvvəl xəstəxanaya müraciət edən koronaviruslu yaşlı xəstəni müalicə ediblər.
"1920-ci il təvəllüdlü Çıpilmu Jiqjitovnu Jiqjitovu bu gün xəstəxanadan çıxıb. O bura iki həftə əvvəl ağır vəziyyətdə gəlmişdi. İndi bu güclü nənə özünü yaxşı hiss edir və evinə dönməyə hazırdır", - deyə xəstəxanadan bildiriblər.
Bizim.Media