Boris Conson Putini Adolf Hitlerlə müqayisə etdi

Böyük Britaniyanın sabiq baş naziri Boris Conson “Daily Mail” qəzetində dərc olunan köşəsində Alyaskada keçirilən Tramp–Putin sammitini sərt tənqid edib.

Bizim.Media xəbər verir ki, o, bu görüşü diplomatiya tarixində “ən iyrənc epizod” adlandıraraq qeyd edib ki, sammit həm siyasi, həm də mənəvi baxımdan utancverici mənzərə yaratdı.

Conson yazır ki, ABŞ torpağında Putinin qırmızı xalça ilə qarşılanması və Trampın onu öz limuzininə dəvət etməsi “iyrənc mənzərə” idi. Onun sözlərinə görə, diplomatiya tarixində belə zövqsüz epizod indiyə qədər müşahidə edilməyib. Conson sammiti “şokedici” hadisə adlandıraraq bildirib ki, bu görüş Putinə ABŞ meydanında Ukrayna müharibəsi ilə bağlı bütün yalanlarını səsləndirmək üçün imkan verdi.
 

Boris Conson sammit zamanı Putinin davranışlarına da diqqət çəkib. O qeyd edib ki, Rusiya lideri bir tərəfdən Trampa yaltaqlanır, digər tərəfdən isə onu gizlincə alçaltmağa çalışırdı. Conson Putini açıq şəkildə diktator və hərbi cinayətkar adlandırıb, onun yalançılığını və aqressiyasını Adolf Hitlerlə müqayisə edib.


Sabiq baş nazirin sözlərinə görə, şəxsi münasibətləri yaxşı olsa da, Donald Tramp riskli, amma doğru addım ataraq Putinlə görüşməyə cəsarət göstərdi. Conson hesab edir ki, Alyaskadakı sammit Trampı reallıqla üz-üzə qoydu və indi aydın oldu ki, Putin Ukraynanı öz vassal dövlətinə çevirmək niyyətindədir.

O əlavə edib ki, bir gün Putin həqiqətən razılaşma imzalamağa məcbur olacaq, lakin hələlik onun bütün davranışları dünyanı daha böyük təhlükəyə aparır. Consonun fikrincə, Alyaska sammiti beynəlxalq ictimaiyyətə Putinin əsl niyyətini bir daha açıq şəkildə göstərdi və bu, gələcək diplomatik addımlar üçün mühüm siqnal oldu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

700 bal toplayan Samir bu universitetdə təhsil alacaq

700 bal toplayan Samir bu universitetdə təhsil alacaq

Kiyevdən yeni hərbi plan: Səfərbərlik yaşı dəyişir

Kiyevdən yeni hərbi plan: Səfərbərlik yaşı dəyişir

Canlı yayımda söyüş söyən şəxs həbs edildi

Canlı yayımda söyüş söyən şəxs həbs edildi

Möhsün Rezai Asim Munirlə görüşdə: “Vaşinqton öz siyasətini dəyişməlidir”

Möhsün Rezai Asim Munirlə görüşdə: “Vaşinqton öz siyasətini dəyişməlidir”

DİQQƏT: ASAN Xidmət, klinika və onlarla kənd işıqsız qalacaq

DİQQƏT: ASAN Xidmət, klinika və onlarla kənd işıqsız qalacaq

Prezidentin Özbəkistana iki günlük səfərindən növbəti GÖRÜNTÜLƏR

Prezidentin Özbəkistana iki günlük səfərindən növbəti GÖRÜNTÜLƏR

Yaponiyanın Baş naziri tənhalıqdan tarakanla dostlaşdığını etiraf edib

Yaponiyanın Baş naziri tənhalıqdan tarakanla dostlaşdığını etiraf edib

Yaşları artdıqca daha da cazibədar olan 3 BÜRC

Yaşları artdıqca daha da cazibədar olan 3 BÜRC

Ağ Evdən xəbərdarlıq: İranla işləyənlər dollar sistemindən qovulacaq

Ağ Evdən xəbərdarlıq: İranla işləyənlər dollar sistemindən qovulacaq

İsmayıllıda qəza: Sürücü hadisə yerində həyatını itirdi

İsmayıllıda qəza: Sürücü hadisə yerində həyatını itirdi

Ağdamda minalanmış ərazi YANIR - FOTO

Ağdamda minalanmış ərazi YANIR - FOTO

Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rənglərinə büründü - FOTO

Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rənglərinə büründü - FOTO

Xalq artisti Tofiq Bakıxanovun harada dəfn olunacağı açıqlandı

Xalq artisti Tofiq Bakıxanovun harada dəfn olunacağı açıqlandı

Lənkəranda qeyri-adi ördək: Sahibinin yanından ayrılmır - VİDEO

Lənkəranda qeyri-adi ördək: Sahibinin yanından ayrılmır - VİDEO

ABŞ Suriyanı terroru maliyyələşdirən ölkələr siyahısından ÇIXARDI

ABŞ Suriyanı terroru maliyyələşdirən ölkələr siyahısından ÇIXARDI

Prezident İlham Əliyevin Özbəkistana səfərindən VİDEOÇARX

Prezident İlham Əliyevin Özbəkistana səfərindən VİDEOÇARX

Bakıda maşında qadın DÖYÜLDÜ

Bakıda maşında qadın DÖYÜLDÜ

Əmir Hatəmi: "İran 20 nəsil döyüşə bilər"

Əmir Hatəmi: "İran 20 nəsil döyüşə bilər"

Bərdədə "Mercedes"lə "Lada" toqquşdu: Xəsarət alanlar var

Bərdədə "Mercedes"lə "Lada" toqquşdu: Xəsarət alanlar var

Göyçayda kişini ilan sancdı

Göyçayda kişini ilan sancdı

42 yaşlı general görün kimin oğlu imiş - FOTO

42 yaşlı general görün kimin oğlu imiş - FOTO

Voleybolçu qızlarımız Rumıniya komandasını məğlub etdi

Voleybolçu qızlarımız Rumıniya komandasını məğlub etdi

Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu - FOTO

Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu - FOTO

Ermənistan 120 hərbçisini itirib

Ermənistan 120 hərbçisini itirib

End of content

No more pages to load

RADİO