Bu ölkə bir neçə ilə tamamilə yox olacaq

Sakit okeandakı kiçik ada dövləti Tuvalu ciddi iqlim fəlakəti ilə üzləşdiyi üçün dünyanın xəritəsini həmişəlik dəyişdirə bilər. Ölkə əhalisi həyatlarını, mədəniyyətlərini və milli kimliklərini qorumaq üçün kütləvi köçməyə hazırlaşır.

Bizim.Media xəbər verir ki, hazırda təxminən 11 min insanın yaşadığı Tuvalu, rəsmi olaraq planetin ən kiçik ölkələrindən biridir. Müasir şəraitdə okean səviyyəsinin kəskin yüksəlməsi onların ərazisinin mövcudluğunu təhdid etdiyindən, Tuvalu eyni zamanda dünyanın ən həssas ölkələrindən biri hesab olunur.

Tuvalu cəmi doqquz mərcan atolundan ibarətdir və ümumi sahəsi təxminən 26 kvadrat kilometrdir. Eyni zamanda, ölkənin əsas adası Funafuti dəniz səviyyəsindən cəmi 50 santimetr hündürlükdə yerləşir. Bu isə o deməkdir ki, hətta orta güclü fırtınalar və ya yüksək qabarma belə genişmiqyaslı su basmalarına səbəb ola bilər.

Proqnozlar ürəkaçan deyil

Alimlər həyəcan təbili çalır: son 30 il ərzində Tuvalu ətrafında suyun səviyyəsi sürətlə qalxır. Bu müddət ərzində o, 15 santimetr yüksəlib ki, bu da dünya üzrə orta göstəricidən 1,5 dəfə daha sürətlidir.

Tədqiqatçıların proqnozlarına görə, artıq 2050-ci ilə qədər adanın üzərini su basacaq. Həmin vaxta qədər paytaxtın yarıdan çoxu sular altında qala bilər.

Əsrin sonuna qədər isə alimlərin hesablamalarına əsasən, Tuvalunun hazırda əhatə etdiyi ərazinin 95%-ə qədərinin okean səviyyəsinin sürətlə qalxması nəticəsində tamamilə su altında qalma ehtimalı var.

Misilsiz köçürülməyə hazırlıq

Alimlərin xəbərdarlığını aldıqdan sonra Tuvalu hakimiyyəti ölkə əhalisinin planlı şəkildə köçürülməsi üzrə genişmiqyaslı əməliyyata başlayıb. 2023-cü ildə hökumət Avstraliya ilə yenilikçi Faleipili İttifaqı Müqaviləsini imzalayıb. Bu sənədə əsasən, hər il 280 Tuvalu vətəndaşı materikdə daimi yaşayış icazəsi ala bilər.

Yaxınlaşan fəlakətdən narahat olan vətəndaşlar artıq 2025-ci ilin iyul ayına qədər 8700-dən çox müraciət təqdim ediblər ki, bu da ölkə əhalisinin 82%-nə bərabərdir.

Qeyd olunur ki, bu insanlar Avstraliya vətəndaşları kimi işləmək, təhsil almaq və tibbi yardım əldə etmək hüququna sahib olacaqlar. Əgər bu tendensiya davam edərsə, artıq dörd ildən sonra Tuvalunun bütün əhalisi ölkəni tərk etməyə məcbur olacaq.

Xarici KİV-in yazdığına görə, bu, dünya tarixində bütün bir millətin iqlim dəyişikliyi səbəbindən öz ərazisini tərk etməyə məcbur qalacağı ilk hal olacaq. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

700 bal toplayan Samir bu universitetdə təhsil alacaq

700 bal toplayan Samir bu universitetdə təhsil alacaq

Kiyevdən yeni hərbi plan: Səfərbərlik yaşı dəyişir

Kiyevdən yeni hərbi plan: Səfərbərlik yaşı dəyişir

Canlı yayımda söyüş söyən şəxs həbs edildi

Canlı yayımda söyüş söyən şəxs həbs edildi

Möhsün Rezai Asim Munirlə görüşdə: “Vaşinqton öz siyasətini dəyişməlidir”

Möhsün Rezai Asim Munirlə görüşdə: “Vaşinqton öz siyasətini dəyişməlidir”

DİQQƏT: ASAN Xidmət, klinika və onlarla kənd işıqsız qalacaq

DİQQƏT: ASAN Xidmət, klinika və onlarla kənd işıqsız qalacaq

Prezidentin Özbəkistana iki günlük səfərindən növbəti GÖRÜNTÜLƏR

Prezidentin Özbəkistana iki günlük səfərindən növbəti GÖRÜNTÜLƏR

Yaponiyanın Baş naziri tənhalıqdan tarakanla dostlaşdığını etiraf edib

Yaponiyanın Baş naziri tənhalıqdan tarakanla dostlaşdığını etiraf edib

Yaşları artdıqca daha da cazibədar olan 3 BÜRC

Yaşları artdıqca daha da cazibədar olan 3 BÜRC

Ağ Evdən xəbərdarlıq: İranla işləyənlər dollar sistemindən qovulacaq

Ağ Evdən xəbərdarlıq: İranla işləyənlər dollar sistemindən qovulacaq

İsmayıllıda qəza: Sürücü hadisə yerində həyatını itirdi

İsmayıllıda qəza: Sürücü hadisə yerində həyatını itirdi

Ağdamda minalanmış ərazi YANIR - FOTO

Ağdamda minalanmış ərazi YANIR - FOTO

Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rənglərinə büründü - FOTO

Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rənglərinə büründü - FOTO

Xalq artisti Tofiq Bakıxanovun harada dəfn olunacağı açıqlandı

Xalq artisti Tofiq Bakıxanovun harada dəfn olunacağı açıqlandı

Lənkəranda qeyri-adi ördək: Sahibinin yanından ayrılmır - VİDEO

Lənkəranda qeyri-adi ördək: Sahibinin yanından ayrılmır - VİDEO

ABŞ Suriyanı terroru maliyyələşdirən ölkələr siyahısından ÇIXARDI

ABŞ Suriyanı terroru maliyyələşdirən ölkələr siyahısından ÇIXARDI

Prezident İlham Əliyevin Özbəkistana səfərindən VİDEOÇARX

Prezident İlham Əliyevin Özbəkistana səfərindən VİDEOÇARX

Bakıda maşında qadın DÖYÜLDÜ

Bakıda maşında qadın DÖYÜLDÜ

Əmir Hatəmi: "İran 20 nəsil döyüşə bilər"

Əmir Hatəmi: "İran 20 nəsil döyüşə bilər"

Bərdədə "Mercedes"lə "Lada" toqquşdu: Xəsarət alanlar var

Bərdədə "Mercedes"lə "Lada" toqquşdu: Xəsarət alanlar var

Göyçayda kişini ilan sancdı

Göyçayda kişini ilan sancdı

42 yaşlı general görün kimin oğlu imiş - FOTO

42 yaşlı general görün kimin oğlu imiş - FOTO

Voleybolçu qızlarımız Rumıniya komandasını məğlub etdi

Voleybolçu qızlarımız Rumıniya komandasını məğlub etdi

Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu - FOTO

Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu - FOTO

Ermənistan 120 hərbçisini itirib

Ermənistan 120 hərbçisini itirib

End of content

No more pages to load

RADİO