İranın yeni seçilmiş prezidenti İbrahim Rəisinin andiçmə mərasimi avqust ayının 3-də baş tutacaq.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı İran parlamentinin spiker müavini Əli Nikzad yayıb.
O, qeyd edib ki, tədbir parlamentin binasında təşkil olunacaq. Mərasimdə əcnəbi qonaqların da iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, İbrahim Rəisi İranın 13-cü dövr prezident seçkilərində 18 021 945 səslə qalib gəlib.
Bizim.Media