Türkiyənin Muğla vilayətində baş verən meşə yanğını söndürülüb. Hadisə zamanı təxminən 25 hektar meşəlik ərazi yanaraq külə dönüb.
Bizim.Media xəbər verir ki, yanğının söndürülməsinə yeddi helokopter və çox sayda yanğınsöndürən maşın cəlb olunub. Şəhərin üzərində qatı duman təbəqəsi yaranıb.
Hadisə zamanı qardaş ölkənin Meşələr Baş İdarəsinin bir əməkdaşı həlak olub.
Faktla bağlı araşdırma başladılıb.
Bizim.Media