Banqladeşdə baş verən partlayışda 7 nəfər ölüb, 50-dən çox insan xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb.
Mənbə bildirir ki, hadisə paytaxt Dakkada, yaşayış binasında qeydə alınıb.
Partlayışın qaz sızmasından baş verdiyi ehtimal edilir. Hadisənin başvermə səbəbləri araşdırılır.
Bizim.Media