Ukraynanın Donbas vilayətində atəşkəs pozulub.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.
Bildirilib ki, nəticədə 1 Ukrayna hərbçisi həlak olub.
“Bu gün səhər Rusiya separatçıları atəşkəs rejimini 2 dəfə pozub. Atəş nəticəsində Donbasın Peski bölgəsində 1 Ukrayna hərbçisi həlak olub. Hadisə ilə bağlı ATƏT təmsilçiləri məlumatlandırılıb”, -məlumatda qeyd edilib.
Donbasda atəşkəs pozuldu- Ukrayna hərbçisi həlak oldu.
Bizim.Media