"Delta" ştammı bütün ştamlar içərisində ən çox yoluxucudur.
Bizim.Media xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə deyib.
ÜST rəhbərinin sözlərinə görə, ştamm 85 ölkədə aşkar edilib.
Onun sözlərinə görə, koronavirusun ən yoluxucu mutasiyası hesab edilən “delta ştamm”ı peyvənd olunmayan əhali arasında sürətlə yayılmaqdadır.
Tedros Adhanom Qebreyesus qeyd edib ki, hazırda dünyada koronavirusa yoluxma hallarının artımı qeydə alınır.
Bizim.Media