Müğənni Berdan Mardinin keçmiş arvadı Fatoş Mardiniyə silahlı hücum olub.
Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, uşaqlarını görmək üçün gedən qadın avtomobili ilə qırmızı işıqda dayanarkən motosikletli iki naməlum şəxsin silahlı hücumuna məruz qalıb.
O, avtomobilində ayağından vurulub Yaralanan qadın xəstəxanaya yerləşdirilib. Polis hadisə ilə bağlı araşdırma aparır.
Bizim.Media