Yeni temperatur rekordları qeydə alınacaq - İqlimdə fövqəladə DÖVR başlayır

Dünyaya təsir göstərməyə başlayan “El Nino” hava fenomeninin sürətlə gücləndiyi və qlobal miqyasda ekstremal hava hadisələri ilə rekord temperatur göstəricilərinə səbəb ola biləcək tarixi “Super El Nino”ya çevrilmək üzrə olduğu bildirilir.

Bizim.Media “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) son hesabatında bildirilir.

Qeyd edilir ki, tropik Sakit okeanda dəniz səthinin temperaturunun qeyri-adi yüksəlməsi ilə xarakterizə olunan “El Nino” prosesi rəsmi olaraq başlayıb.

Vurğulanır ki, budəfəki “El Nino” 1950-ci illərdən bəri müşahidə olunan ən güclü hadisələrdən biri ola bilər. Okeanın dərin qatlarında toplanan isti su kütlələrinin səthə qalxması ilə əlaqələndirilən prosesin qış aylarına qədər davam edəcəyi proqnozlaşdırılır.
 

“Super El Nino” adlandırılan vəziyyət dəniz səthinin temperaturunun normadan ən azı 2 dərəcə yüksək olması ilə xarakterizə olunur.


Bu proses okeanlardan atmosferə böyük həcmdə istilik enerjisinin ötürülməsinə səbəb olur. Alimlər bildirirlər ki, bu, onsuz da qlobal istiləşmənin təsiri altında olan Yer kürəsində yeni temperatur rekordlarının qeydə alınması riskini artırır.

“El Nino”nun güclənməsi planetin müxtəlif hissələrində ciddi hava dəyişikliklərinə yol aça bilər. Mütəxəssislər bəzi regionlarda quraqlıq və meşə yanğınlarının, digərlərində isə güclü yağışlar və daşqınların artacağını gözləyirlər.

Proqnozlara görə, Avstraliya, İndoneziya və Cənubi Asiyada musson yağışlarının zəifləməsi quraqlıq riskini yüksəldəcək. Eyni zamanda, Amerikanın cənub hissələri və Afrikanın bəzi bölgələrində intensiv yağıntılar və qəfil daşqınlar baş verə bilər.

Alimlər okean sularının isinməsinin dəniz ekosistemlərinə, xüsusilə mərcan riflərinə ciddi və uzunmüddətli zərər vuracağı barədə də xəbərdarlıq edirlər.

Keçmişdə baş vermiş güclü “El Nino” hadisələri kənd təsərrüfatına, ərzaq təchizatına və iqtisadi artıma ciddi təsir göstərib. Bildirilir ki, bu dəfə vəziyyət daha mürəkkəb ola bilər.

Bunun əsas səbəbi qlobal temperaturun artıq rekord səviyyələrə yaxın olmasıdır. Alimlər hesab edirlər ki, qlobal istiləşmə ilə üst-üstə düşən güclü “El Nino” hadisəsi daha gözlənilməz və dağıdıcı hava anomaliyalarına yol aça bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

Fransada polis lisey şagirdini güllələdi

Fransada polis lisey şagirdini güllələdi

Medvedevdən İranla bağlı AÇIQLAMA

Medvedevdən İranla bağlı AÇIQLAMA

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

End of content

No more pages to load

RADİO