Türkiyədə sipirtli içkinin təsiri ilə yıxılaraq yaralanan adamın istəyi hər kəsdə təbəssüm yaradıb. Təcili yardım maşınına minmək istəməyən 39 yaşlı şəxs polis məmurunun əlini tutaraq "Məni tək qoyma qardaş" deyib.
Moderator.az xəbər verir ki, bundan sonra polis məmuru həmin şəxsi xəstəxanaya getməyə razı salıb və özü də onunla birlikdə təcili yardım maşınına minərək xəstəxanaya gedib.xa0
Qeyd edək ki, xəstəxanaya yerləşdirilən şəxsin vəziyyətinin yaxşı olduğu bildirilib.xa0

Kamran