Amerikanın televiziya ulduzu Kim Kardaşyan dördüncü dəfə ana olacaq. Bu barədə “Us Weekly” məlumat yayıb.xa0
Kardaşyan və Kane Uest cütlüyü növbəti dəfə valideyn olmaq üçün gün sayır. Ehtimal olunur ki, körpə may ayında daşıyıcı ana (surroqat ana) vasitəsi ilə dünyaya gələcək.xa0
Qeyd edək ki, Kardaşyan və Uest 3 övlad böyüdür- North (5,5 yaş), Saint ( 3 yaş) və Çikaqo ( 1 yaş).
Xatırladaq ki, həkimlər səhhəti ilə bağlı Kimə ana olmağı qadağan etmişdi. Bundan əlavə, cütlüyün bir müddət əvvəl Ermənistandan övladlığa uşaq götürəcəkləri barədə də xəbər yayılmışdı. (Qafqazinfo)