Günəş sisteminin kənarında yeni cırtdan planet kəşf edilib

Astronomlar qrupu Günəş sistemimizin soyuq kənarında yaşayan, təxminən 700 kilometr enində olan və cırtdan planet kimi təsnif edilə bilən göy cismini aşkarlayıb. Onu Günəşin ətrafında uzanan orbital yolda hərəkət edərkən müşahidə ediblər. 

Bizim.Media “Reuters” agentliyinə istinadən xəbər verir ki, cırdan planet Günəş sistemimizin ən uzaq görünən obyektlərindən biridir. 
 

Onun mövcudluğu göstərir ki, ən kənar planet Neptun və Koyper qurşağı adlanan bölgədən kənarda nəhəng kosmos genişliyi çoxdan düşünüldüyü kimi boş qalmaya bilər. Koyper qurşağında çoxlu sayda buzlu cisim mövcuddur.


2017 OF201 adlanan bu obyekt Neptunun orbitindən çox uzaq məsafədə Günəş ətrafında fırlanan trans-Neptun cisimləri adlanan kateqoriyaya aiddir. Obyektin Günəşin bir orbitini tamamlaması təqribən 25.000 il çəkir. Yer kürəsinin bunu tamamlaması 365 gündür.

Tədqiqatçılar bildiriblər ki, 2017 OF201 yeddi il ərzində Çili və Havayda teleskopların müşahidələri nəticəsində müəyyən edilib.

Prinston Universitetinin Nyu-Cersidəki Qabaqcıl Tədqiqatlar İnstitutunun astrofiziki Şiao Çen qeyd edib ki, bu göy cismi cırtdan planet kimi qiymətləndiriləcək qədər böyükdür. Onun orbiti çox geniş və ekssentrikdir və bu o deməkdir ki, o, keçmişdə maraqlı orbital miqrasiya yolu keçib.

Onun ölçüsünün Günəş sisteminin beş tanınmış cırtdan planetindən ən kiçiyi olan və diametri təxminən 950 kilometrə çatan Ceresdən bir qədər kiçik olduğu təxmin edilir. Bu cırtdan planetlərin ən böyüyü olan Plutonun diametri təxminən 2377 kilometrdir.

2017 OF201-in kütləsinin Yerdən təxminən 20 min dəfə, Plutondan isə 50 dəfə kiçik olduğu təxmin edilir.
 

Astronomlar qeyd edirlər ki, yeni planetin forması hələ bilinmir. “Təəssüf ki, o, çox uzaqdır və teleskoplarla bunu müəyyən etmək bir qədər çətindir. Onun tərkibi də hələ tam məlum deyil, lakin ehtimal ki, digər buzlu cisimlərə bənzəyir”, - deyə Ş.Çen bildirib.


Kəşf beynəlxalq astronomlar təşkilatı olan Beynəlxalq Astronomiya İttifaqının Kiçik Planet Mərkəzi tərəfindən elan edilib və açıq girişli arXiv tədqiqat saytında dərc edilmiş araşdırmada onun barəsində ətraflı məlumat verilib. (Azərtac)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın – Fotosu

Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın – Fotosu

610 bal topladı, universitetə qəbul olmadı

610 bal topladı, universitetə qəbul olmadı

Temperatur 8 dərəcə enəcək – Güclü külək, yağış... – XƏBƏRDARLIQ

Temperatur 8 dərəcə enəcək – Güclü külək, yağış... – XƏBƏRDARLIQ

80 yaşlı əfsanə vəfat etdi – ölkədə bayraqlar bir həftə yarıya endirilir

80 yaşlı əfsanə vəfat etdi – ölkədə bayraqlar bir həftə yarıya endirilir

“Sabah”ın ilk potensial rəqibləri bilindi: dünya nəhəngi… – FOTO

“Sabah”ın ilk potensial rəqibləri bilindi: dünya nəhəngi… – FOTO

Köçəryanın oğlu həbs olundu

Köçəryanın oğlu həbs olundu

Dövlət qurumlarında işə düzəlmək üçün mütləq DİM-də imtahan vermək lazımdır? - AÇIQLAMA

Dövlət qurumlarında işə düzəlmək üçün mütləq DİM-də imtahan vermək lazımdır? - AÇIQLAMA

BİZİM TƏQVİM:26 avqustda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:26 avqustda baş vermiş tarixi hadisələr

"Qeysəriyyə dedilər, həkim razı olmadı" – Buzovnadakı uşaq ölümünün təfərrüatı - VİDEO

"Qeysəriyyə dedilər, həkim razı olmadı" – Buzovnadakı uşaq ölümünün təfərrüatı - VİDEO

"Doğuş" edən oyuncaqlar görənləri şoka saldı: "Açıq-aşkar cəmiyyəti pozurlar" - VİDEO

"Doğuş" edən oyuncaqlar görənləri şoka saldı: "Açıq-aşkar cəmiyyəti pozurlar" - VİDEO

"Bir az vicdanınız olsun" – FOTO

"Bir az vicdanınız olsun" – FOTO

Azərbaycanda qadın müəllimlərin xüsusi çəkisi artıb

Azərbaycanda qadın müəllimlərin xüsusi çəkisi artıb

Sevdikləri insanları heç vaxt yarı yolda qoymayan BÜRCLƏR

Sevdikləri insanları heç vaxt yarı yolda qoymayan BÜRCLƏR

Məzuniyyət zamanı orqanizmin dözümlülüyünü artıran MADDƏ

Məzuniyyət zamanı orqanizmin dözümlülüyünü artıran MADDƏ

Məktəblilər üçün bu ayaqqabını almayın - Valideynlərin etdiyi təhlükəli səhv

Məktəblilər üçün bu ayaqqabını almayın - Valideynlərin etdiyi təhlükəli səhv

Səhv karta göndərilən pul üçün bank nə edə bilər? — Açıqlama

Səhv karta göndərilən pul üçün bank nə edə bilər? — Açıqlama

İranda dollar yeni rekord vurdu - FOTO

İranda dollar yeni rekord vurdu - FOTO

Latviya Rusiya və Belarus mallarını qadağan etdi – Bu tarixdən qüvvədədir

Latviya Rusiya və Belarus mallarını qadağan etdi – Bu tarixdən qüvvədədir

Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi

Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Laçın Şəhəri Günüdür

Qapımız həmişə qardaş Azərbaycana açıqdır – Səidə Mirziyayeva

Qapımız həmişə qardaş Azərbaycana açıqdır – Səidə Mirziyayeva

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Tramp: “Kanada dövlət deyil”

Tramp: “Kanada dövlət deyil”

2027 tarixdə ən isti il olacaq - Alimlərdən xəbərdarlıq

2027 tarixdə ən isti il olacaq - Alimlərdən xəbərdarlıq

End of content

No more pages to load

RADİO