ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşü barəsində mənfi rəy formalaşdıran Amerika mətbuatını tənqid edib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.
Mənbə yazır ki, bunu o, Cenevrədə ABŞ-a uçmazdan hava limanında jurnalistlərə deyib:
“Mənfiyə köklənmisiniz”.
“Reportaj hazırlamaq üçün siz neqativə yönəlirsiniz... Heç vaxt pozitiv sual vermirsiniz. Uşaqlar, mən sizi dəli etmək istəmirəm, çünki bilirəm ki, siz mənfi baxışlar əldə etmək istəyirsiniz”, deyə o, qeyd edib.
O, görüşlə bağlı gələcək gözləntilərini və ya görüşün təfərrüatlarını mətbuatla bölüşməyib.
Bizim.Media