Cenevrədəki “Villa La Grange” məkanınd baş tutan Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Cozef Bayden arasında görüşü uğurla başa çatıb.
Bizim.Media "Ria Novosti"yə istinadla xəbər verir ki, bu barədə diplomatik mənbələrdən məlumat verilib.
Danışıqların birinci hissəsi prezidentlər və Rusiya XİN başçısı Sergey Lavrov və ABŞ Dövlət Departamentinin rəhbəri Entonu Blinkenin iştirakı ilə baş tutub.
Görüş daha sonra geniş tərkibdə, Rusiya və ABŞ prezidentlərinin köməkçiləri, səfirlər və hərbçilərin iştirakı ilə davam etdirilib.
Görüşün yekunları ilə bağlı Rusiya və ABŞ prezidentləri ayrı-ayrılıqda mətbuat konfransı keçirməyi planlaşdırırlar.
Bizim.Media