Türkiyəli şoumen Mehmet Əli Ərbil xəstə olduğu zamanlarda onunla maraqlanmayan müğənni Seda Sayan barədə “keçmişi təmiz olsaydı iftar verilişi aparardı” sözləri tərəflər arasında qalmaqala səbəb olub.
Bizim.Media Türkiyə KİV-ə istinadla xəbər verir ki, S.Sayan şoumenə sərt şəkildə cavab verib:
"Tuğba ilə evli olduğun zaman qulluqçu günahsız bir qızı təcavüz edəndə susduğum üçün keçmişimin kirli olduğu doğrudur. Dahası var, məncə işinə bax, ruhunu arındır” .
Daha sonra isə müğənni paylaşımlarını silib.
Bizim.Media
